Əməkdar artist Aybəniz Haşımovanın qızı, Aynişan Quliyevanın həyat yoldaşı Kənan Əliyevin sosial şəbəkədə paylaşımı başına bəla olub.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkə izləyiciləri fitnes məşqçisi Kənan Əliyevin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr zamanı məkanların birindən istirahət fotosu paylaşmasını sərt tənqid ediblər.
Bundan əsəbiləşən Kənan Əliyev İnstaqramda hekayə bölümündə bu sözləri yazıb: "30 ildir ki, müharibə şəraitində yaşayan ölkəyik, ona qalsa bizim üçün hər gün matəmdir. Burada foto paylaşıb-paylaşmamağın heç bir əlaqəsi yoxdur. Şərhi yazanda sadəcə onu anlayın ki, düşmənə yazmırsınız. Mən də azərbaycanlıyam və bu ölkə həm də mənimdir. Buna görə lazım olsa savaşaram, amma burada yersiz ağıl verməyiniz məntiqsizdir".
Qadınlar tərəfindən tənqidə məruz qalan Kamran Əliyev onlara da cavab verib: "Bu günə kimi bəzilərinin yazdığı təhqir və tənqidlərə heç vaxt cavab verməmişəm. Ona görə yox ki, veriləsi cavabım yoxdur. Sadəcə o səviyyəni özümə yaraşdırmamışam. İnanın ki, elə o səviyyədə hətta daha betər cavab verə bilərəm, ümumiyyətlə şərh yazmağa tövbə edərsiniz.
Hər şeyin bir həddi-hüdudu var. Əsas da qadınlar, bir az ailənizi düşünün. Ailənizin kişi cinsindən olan nümayəndələrinə hörmət edin. Öz danışıq tərzinizlə bu qədər təhqir etməyin. Düşünməyin ki, şərdi, yazdım bitdi. Dəfələrlə şərh yazanları polis bölməsimdə görmüşük. Vallah, burada cəsarəti ilə lovğalanan elə insan olub ki, şikayət etməməyim üçün göz yaşı töküb. Sizi hörmətinizi qorumağa dəvət edirəm".