7 Oktyabr 2020 11:14
4 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur dünya ulduzu Kardi B Ermənistana dəstək paylaşımını İnstaqram səhifəsindən silib və azərbaycanlılardan üzr istəyib.

Teleqraf.com xəbər verir ki, Kardi B İnstaqramın şərh bölümündə “Üzr istəyirəm, araşdırmadıq”, - deyə qeyd edib.

Terrora dəstək verməkdə günahlandırılan Kardi B sözünə belə davam edib:

"Terroru dəstəkləmirəm, bunu baş verənləri araşdırmadan dostum üçün paylaşmışdım. Buna görə üzr istəyirəm. Müharibəni sevmirəm. İki ölkə arasında konflikti xoşlamıram, bundan günahsız insanlar əziyyət çəkir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər