4 Dekabr 2020 13:57
2 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış teleaparıcı, Əməkdar artist Nailə İslamzadə koronavirusa yoluxub.

Əməkdar artist Teleqraf.com-a açıqlamasında səhhətinin normal olduğunu bildirib: "Dörd gündür ev şəraitində müalicə alıram. Testin cavabı üç gün əvvəl çıxıb, amma antiviral müalucəyə testdən iki gün əvvəl başladım. Ümumiyyətlə, virus əleyhinə tədbirli olmaq, boğazı yaxalamaq, vitaminlər qəbul etmək lazımdır. Bu məsələdə də daha savadlı olmalıyıq.

Testin cavabını aldıqdan sonra uzman doktor pulmonoloqa müraciət etdim və düzənli müalicə alıram".

Nailə İslamzadə virusun əlaməti haqqında da məlumat verib: "Əzələ və baş ağrısı, halsızlıq olur. Amma məndə dadbilmə və iybilmə yerindədir. Temperaturum düşüb qalxır, 37.4 dərəcə olur. Bu gün temperaturum yoxdur.

Mənim qədər özünü virusdan qoruyan yox idi. Virus məndən oğluma keçdi. Bilmirəm harada yoluxdum, çünki çox qorunurdum və yalnız lazım olduğu təqdirdə harasa gedirdim".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər