2 Yanvar 2021 19:13
1 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əkizlərimi uzun müddət idi ki, görmürdüm. Dörd gün öncə onlara sarılanda elə bildim ki, dünyanı mənə verdilər. Rəbbim heç bir ananı baladan ayırmasın, balalar valideynlərsiz yaşamasın. Çox çətindir".

Teleqraf.com xəbər verir ki, bu sözləri İnstaqram hesabında Xoşqədəm Hidayətqızı yazıb:

"Arın əlimdən tutub deyir ki, Bakıya getmə. Gecə belə yatanda əlimdən tutur ki, mən getsəm, əlimdən tutub, qoymasın. Onlarla keçirdiyim hər saniyə Allahımın mənə bəxş etdiyi ən böyük hədiyyəsidir. 2021-ci ildə bütün arzumuz həyata keçsin, sağlıq, hüzur, bütün insanların nəsibi olsun".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı və Doğuş cütlüyünün Arda və Arın Adlı əkiz övladları var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər