Türkiyəli məşhur aktyor Burak Özçivitlə evli olan aktrisa Fəxriyyə Evcən ailəsindən danışıb.
Teleqraf.com-un xəbərinə görə, Fəxriyyə Evcen bildirib ki, xoşbəxt ailənin təməlində yalnız sevgi durur: "Burak çox yaxşı atadır, diqqətli, qayğıkeş və həssas... Karan üçün ən yaxşısını etmək üçün çalışırıq".
Qeyd edək ki, cütlüyün Karan adlı bir oğlu var.