3 Noyabr 2014 13:48
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə TRT-1 kanalında yayımlanan “Səksənlər” serialında rol alan aktyor Ceyhun Fersoy həmin ekran işində çəkilən və onun sevgilisini canlandıran aktrisa Begüm Önərə evlilik təklifi edib.

Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, Ceyhun serialın çəkilişləri zamanı B.Önərə sürpriz hazırlayıb. O, əvvəlcə ssenaridə yazıldığı üzrə, daha sonra isə həqiqətən Begümə evlilik təklifi edib. Həmin səhnəni isə rejissor Müfit Can Saçıntrı lentə alıb.

“Youtube”da yayımlanan görüntülər maraqla qarşılanıb. Serialın ssenaristi və prodüseri Birol Güvən də cütlüyə zəng vuraraq, onlara xoşbəxtlik arzulayıb.

Teleqraf.com həmin səhnəni təqdim edir :

Rüstəm


Müəllif: