29 İyul 2021 18:48
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aparıcı Azər İsmayılov (Azər Zahid) həyat yoldaşını doğum günü münasibəti ilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, Azər İsmayılov İnstaqramda həyat yoldaşı ilə fotosunu paylaşıb.

"Doğum günün mübarək, mənim gözəl və sevimli həyat yoldaşım. Bu il keçdi, gələn il sənə nə arzu etdiyimi bilirsən", - deyə o, vurğulayıb.

Qeyd edək ki, Azər Zahid üçüncü dəfə evlənib. O, aparıcı Vüsalə Əlizadə və Nəcibə adlı xanımla ailəli olub.


Müəllif: Rəqsanə Həsənova