Aparıcı Aytən Səfərovanın Xəzər televiziyasında yeni mövsümdə fəaliyyəti ilə bağlı kanaldan rəsmi cavab verilib.
Xəzər Media Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Xəzər televiziyası bütün peşəkarların üzünə açıqdır: "İstənilən layihə və əməkdaşlıq təklifi tərəfimizdən dəyərləndirilir. Əməkdaşlığa dair uğurlu nəticələr olduğu təqdirdə bu barədə mütləq şəkildə ictimaiyyətə məlumat veriləcək".