Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla "Gəl, qonaq ol" verilişində qonaq olublar.
Teleqraf.com xəbər verir ki, Sevda Yahyayevanın həyat yoldaşı ifaçı haqda etirafı ilə diqqət çəkib: "Qısqanclıq olur, amma ifrat dərəcədə yox. Sevdanın qısqanc olması normadadır".
Sevda Yahyayeva isə həyat yoldaşına daim dəstək olduğunu açıqlayıb: "O, çox savadlı həkimdir, istəyirəm ki, onu hər kəs tanısın. Bir il üç aydır ailə qurmuşuq. Biz bir-birimizi tamamlayırıq. Çox sevinirəm ki, qarşıma onun kimi bir insan çıxıb, alicənab, ailə canlı, mədəni, diqqətçil, hörmətçil və çox yaxşı adamdır. Təki axıra qədər belə olsun".