22 Yanvar 2022 18:30
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mehriban Xanlarova Azad Azərbaycan televiziyasındakı etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Mehriban Xanlarova bu sözləri deyib:

"Gizlətməyimin mənası yoxdur. Bunu hər kəs bilir. Bir ara hətta övlad sahibi olmaq istədim. Düzdür, bunu çox çox şişirtdilər. Xarici ölkələrdə 60-70 yaşında ana olan qadınlar var. Ana olmaq ayıb deyil. Mənə ətrafdan dəlisov kimi baxmaq olar, amma yüz uşağın içində olsam belə hər birinə eyni qaydada baxaram. Şərt deyil ki, deyirlər filankəsin övladı yoxdur. Mənə bir bağçanı versinlər, hamısına baxaram. Uşaqları o qədər sevirəm".


Müəllif: Rəqsanə Həsənova