7 Fevral 2022 23:13
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın qızı, blogger Aynişan Quliyeva açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva İnstaqramın hekayə bölümündə şəxsi həyatında yaşadığı problemdən danışıb: "Yaşım artıb, gələn ay 31 olacaq. Üst-üstə həyatımda bu qədər çətinlik yaşadım, sizə heç nəyi bildirmədim. Hər şeyi yaxınlarım gördü, hazırda yaxşıyam".

Aynişan Quliyeva xarakterindən də danışıb: "Hədsiz emosional olduğum doğrudur. Bəzən dağıdıcı oluram və özümə nəzarət edə bilmirəm. Amma məni o həddə çatdırmaq asan deyil. Ümid edirəm ki, düzələrəm. Elə bir zəmanədə yaşayırıq ki, təmiz insan olmağımız insanlara sərf edir, yaxşı istifadə etməkləri üçün. Amma sevinirəm ki, savadlı olmağım qarşımdakı insanların məqsədlərini açıq görməyimə kömək olur. Onlara elə gəlir ki, heç nəyi anlamıram".

Qeyd edək ki, Aynişan Quliyeva fitness məşqçisi Kənan Əliyev ilə evli olub.


Müəllif: Rəqsanə Həsənova