21 Noyabr 2014 08:20
2 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə “Yeşilçam” kinematoqrafiyasının məşhur aktyoru Kartal Tibetin mətbuatda indiki halını əks etdirən fotoları yayılıb. Teleqraf.com-un məlumatına görə, hazırda 76 yaşında olan Tibet tannmaz haldadır.

Qeyd edək ki, türk filmi həvəskarları aktyoru əsasən gəncliyində çəkildiyi filmlərlə tanıyır. 200-dən çox filmdə çəkilmiş Kartal Tibet 1975-ci ildə aktyorluqdan ayrılaraq kino həyatını ssenari müəllifi və rejissor kimi davam etdirdiyindən ekranlardan və mətbuatdan uzaq qalıb.

Hazırda İstanbulda ailəsi ilə sakit həyat yaşayan Tibet vaxtaşırı Amerikada yaşayan oğlunu və nəvəsini ziyarət etmək üçün bu qitəyə yollanır. Bəzən isə həyat yoldaşı ilə Avropa səyahətinə çıxır. /anspress.com/




































Müəllif: