7 Aprel 2022 18:00
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımova onkoloji xəstəliklə mübarizə aparan bacısı Şəhla Haşımovanın xəstəxanadan görüntülərini paylaşaraq xəstəliyə qalib gəldiyini deyib.

Teleqraf.com xəbər verir ki, Aybəniz Haşımova əməliyyat edilən bacısı Şəhla Haşımovanın analizinin nəticəsinin yaxşı olduğunu bildirib.

"Bir aya yaxındır ki, mənim ailəmə görə narahat olmusunuz və dua etdiniz. Çox sağ olun. Sizə şad xəbər vermək istəyirəm, bacımın möcüzəvi analizin cavabları biz sevindirdi. 96 faizdən 15 faizə enən onkoloji analizin nəticələri…".

Qeyd edək ki, əməkdar artistin bacısı Milli Onkologiya Mərkəzində əməliyyat edilib.


Müəllif: Rəqsanə Həsənova