"Avroviziya 2022" mahnı müsabiqəsinin rəsmi açılış mərasimində Şimali Makedoniya təmsilçisi Andrea Koevskanın fotosessiya zamanı bayrağı yerə atması qalmaqala səbəb olub.
Teleqraf.com xəbər verir ki, professor Zoran Budzakoski mətbuata açıqlamasında deyib: "Qız açıq-aşkar çaşqın idi və bayrağı aşağılamaq fikrində deyildi. Bu xatirə bayrağı tam rəsmi bayraq sayılmır və əksər insanlar onu sonra kənara atırlar".
Dövlət kanalı MRT isə hadisəyə Andreanın milli simvola hörmətsizlik etdiyini bildirərək "Avroviziya"dan gələn il çəkiləcəyini qeyd edib.