3 İyun 2022 17:35
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayım açaraq etiraflar edib.

Teleqraf.com xəbər verir ki, aktrisa cəmiyyətdə xanımların açıq-saçıq geyinməsinə münasibət bildirib: “Açıq geyinməyin də qədəri var. Müğənni Rihannanın hamilə geyimdə fotosessiyası çox pis idi. Mən bu şəkildə açıq-saçıq geyimə pis baxıram. Açıq geyinəndə də estetik geyinməlisən, vulqar yox. Geyimdən geyimə fərq var. Mən istəmirəm ki, hamilə qadınlar lüt soyunub fotosessiyalar etsinlər. Bu, ananın müqəddəsliyini zəiflədir”.

Aktrisa ailəsindən danışarkən deyib: “Həmişə böyük bacım xəstə olub. Çox ölümlərdən dönüb. Yeddinci mərtəbədən ikinci mərtəbəyə düşüb. Onun hər ad günüdə qurban kəsiblər. Ona görə valideynlərim mənə laqeyd olublar. Mən isə sağlam olmuşam, oğlan kimi ora-bura tullanmışam. Körpəlik illərimdən şəkillərim də yoxdur”.

Aktrisa uzaqdan özümdənrazı göründüyünü bildirib: "Amma elə insan deyiləm, adamına görə davranıram. Sözü üzə deyən, qırmızı adamam. Kimsə yanımda özünü çəkəndə mən də beşqat özümü dartıram. Kimindən xoşum gəlmirsə ya sözümlə, ya da hərəkətimlə bəlli edirəm”.

Şəxsi münasibətlərdən danışan aktrisa “Xəyanəti bağışlamaq olar, əgər uşaqlarımın atasıdırsa. Amma sevgilimin xəyanətini bağışlamaram”, - deyə qeyd edib.


Müəllif: Rəqsanə Həsənova