10 İyun 2022 17:53
2 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Müğənni Roza Zərgərli Xəzər televiziyasında yayımlanan "Səhər Mərkəzi" verilişində qalmaqal yaşadığı həmkarı Elza Seyidcahan haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Roza Zərgərli həmkarı haqda bu sözləri deyib:

"Elza Seyidcahanın heç bir plastik cərrahiyəyə ehtiyacı yoxdur. Müğənnilər arasında gözəl olan qadın müğənnilərdən biridir. Onun plastik cərraha yox, başqa cərahiyyəyə ehtiyacı var, bu da beyin cərahhiyəsidir. Amma estetik olaraq yaşına görə üz cizgiləri gözəldir".

İfaçı küsülü olduğu əkiz bacılar Sevil və Sevinc Səfərovalar haqda isə "Məndən istifadə ediblər. Bu bəsdir. Amma heç nələrindən istifadə etmərəm. Nələri varsa özlərinə qismət" deyib.


Müəllif: Rəqsanə Həsənova