20 İyun 2022 19:49
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur aktyor Burak Özçivitin Sərhədçi İdman Olimpiya Mərkəzində iştirak edəcəyi “QARABAĞ - zəfər gecəsi” adlı kikboksinq turnirinin biletlərinin qiyməti müzakirələrə səbəb olub.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat katibi Səbuhi Musayev Teleqraf.com-a açıqlamasında biletin qiymətlətinin təşkilatçıya aid olduğunu deyib.

"Kikboksinq turnirinə təşkilatçılığı federasiya deyil, Türkiyə şirkəti həyata keçirir. Aktyor Burak Özçivitin dəvət edilməsi şirkət tərəfindən həyata keçirilir. Bilet məsələrinin federasiyaya aiddiyatı yoxdur", - o bildirib.

Qeyd edək ki, tədbirə biletləri qiyməti 20 manatdan 7500 manatadəkdir.



Müəllif: Rəqsanə Həsənova