4 İyul 2022 11:32
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) səhhəti ilə bağlı danışıb.

Toppuş bacı Teleqraf.com-a açıqlamasında vəziyyətinin normal olduğunu deyib:

"Müalicəm bir neçə ay davam edəcək. Həftədə bir dəfə kimyaterapiya alıram. İndi qəbul etdiyim kimyaterapiya ağciyər, sümük və qaraciyər üçündür. Beş həftədən MRT etdirdikdən sonra nəticə bilinəcək".

Qeyd edək ki, xəstəlik aktrisanın qaraciyərə yayılıb. Ağ ciyər və sümüklərdə isə qalıb. Aktrisa Milli Ankologiya Mərkəzində müalicə alır.





Müəllif: Rəqsanə Həsənova