7 İyul 2022 17:30
1 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

Sosial şəbəkələrdə aktrisa Pərvin Abıyeva ilə millət vəkili Cavid Osmanovun sevgili olması barədə yayılan məlumatlar qalmaqala səbəb olub.

Teleqraf.com xəbər verir ki, Pərvin Abıyeva İnstaqramda canlı yayıma açaraq əsəblərini cilovlaya bilməyib.

“O adamın uşağı, ailəsi, karyerası var. Bu əvvəl-axır araşdırılsa, üzə çıxacaq. Onda siz ölüb yerə girməyəcəksiniz ki?! Ağzım açıq izləyirəm. Heç vaxt elədiyim şeyi gizlətməmişəm. Araşdırın, axtarın. Ailəli adamdır, həyat yoldaşı və uşaqları var. Siz necə insanlarsınız?! Yaxşı ki, neçə vaxtdır İnstaqrama girmirəm. Keçən il də haqqımda nə qədər söz-söhbət çıxardılar. Nə oldu!? Başım sakit olsun deyə neçə müddətdir ki, efirlərdən, çəkilişlərdən belə uzağam. Mənim barədə yazılan xəbərlərin reytinqinə qalmısınız?!”.


Müəllif: Teleqraf.com