21 Avqust 2022 23:26
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ildə Paris Moda Həftəsi zamanı porno-ulduz Kim Kardaşyana qarşı quldurluq edən on iki nəfərdən biri əməlindən peşman olmadığını deyib.

Teleqraf.com xəbər verir ki, Yunis Abbas adlı şəxs “YouTube”da “Vice”yə videomüsahibəsində oğurluğun necə baş verdiyi barədə ətraflı danışıb.

Yunis Abbasın dediyinə görə, Kim Kardaşyan davamlı olaraq sosial şəbəkələrdə var-dövlətini nümayiş etdirib. Bu üzdən onu soymaq fikri olub. Yunis Kardaşyanın kim olduğunu bilmədiyini etiraf edib: "Lakin bir dəfə “Kardashian ilə davam” televiziya şousunda porno-ulduzun hovuza brilyant üzük atdığı epizodunu görüb.

“Mən özümü günahkar hesab etmirəm. Məşhurlar var-dövlətlərini nümayiş etdirərkən daha diqqətli olmalıdırlar. Onlar var-dövlətlərini ehtiyaclı insanların qarşısında daha az nümayiş etdirməlidirlər”, - Abbas bildirib.

Soyğunçu həmçinin xatirələrini bölüşüb ki, o, “həmkarları” ilə birlikdə Moda Həftəsi zamanı Kim Kardaşyanın qaldığı Parisdəki otelə gələrək konsyerjdən otağın açarlarını onlara verməsini tələb edəndə, teleulduzun köməkçisi ona kömək etməyə çalışıb.

Xatırladaq ki, Parisdə Kardaşyana qarşı oğurluq 2016-cı ilin payızında baş verib. O zaman cinayətkarlar 10 milyon dollar dəyərində qızıl-zinət əşyaları oğurlayıblar. Cinayətin üstü açılanda məlum olub ki, bunu 60-70 yaşlı kişilərdən ibarət dəstə törədib. Fransız mətbuat onları “köhnə quldurlar” adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər