9 Sentyabr 2022 20:20
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Azərbaycanın ölməz oğlu Xalid Quliyevi 60 yaşı tamam oldu".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova Birinci Qarabağ döyüşlərində şəhid olan həyat yoldaşı Xalid Quliyev haqqında danışarkən deyib.

O, sosial şəbəkədə bu sözləri yazıb: "Onu yaxından tanıyan hər kəs gedişinə çox üzüldü. Sanki yadların da qardaşı, oğlu, atası idi. Çox ürəyi və əliaçıq, hamı ilə son tikəsini bölən idi. Dostuna görə belə ölümə gedən insan idi. Mərd oğlan idi. Torpağa vəzifəsini belə qurban verdi. Əslində, çox hünərli bir addım idi və hər kəsin edə biləcəyi jest deyildi.

Amma Xalid Quliyev Azərbaycan torpaqları və onun azadlığı uğrunda heç nə düşünmədən getdi. Evinə canından çox sevdiyi Vətən bayrağı ilə bükülərək qayıtdı.

Xalid Quliyevin bir əl çantası və onun içində bir məktub var. Orada yazır, "evim, anam, bala sağ ol. Özümə yeni bir ev qurmuşam. Yəqin ki, bundan sonra orada yaşayacam, amma ruhum həmişə sizinlə olacaq. Sizi xalqa, xalqı isə Allaha əmanət edirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər