14 Oktyabr 2022 13:56
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Günay İbrahimli "Kabus gecələr" adlı mahnısına çəkilən klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, mahnının sözləri və musiqisi Zülfi Bədəlov, aranjimanı isə Elvin Musayevə məxsusdur. Klipin rejissorluğu Dele Orucluya həvalə olunub.

İfaçı ekran işində özünün və modellərin stili üzərində təkbaşına çalışıb.

Yeni işindən bəhs edən Günay deyib: "Mahnı bir neçə ildir ki, məndədir. Müəyyən səbəblərdən təqdim edə bilmirdim. Bu ilə qismət imiş. Düşünürəm ki, illər keçsə də, səs dəyişsə də, mahnı heç vaxt dəyişmir. Yaxşı mahnı daim yaşayır. Bu ərsəyə gələn iş də, inanıram ki, o mahnılar sırasına aid olar. Mahnı məhz mənim istəyim ilə səsimə uyğun olaraq Zülfi Bədəlov tərəfindən yazılıb. Onunla işbirliyimiz daim yaxşı alınır. Biri-birimizi çox yaxşı başa düşürük".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər