23 Noyabr 2022 11:20
5 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aysun İsmayılova ARB televiziyasında yayımlanan "Xəbər-ətər" verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com-un məlumatına görə, Aysun İsmayılova aparıcı Zümrüd Bədəlovanın "Düşünürəm ki, Yeni ili həyat yoldaşınla bir yerdə qeyd edəcəksən" sualına maraqlı cavab verib.

"Bu məsələlərə toxunmaq istəmirəm. Həyatdır, hər şey ola bilər. Yeni ildə ancaq işləyəcəyəm. Artıq beş-altı yer danışmışıq", - deyə bildirib.

İfaçı aparıcının "Sevən qadının gözü yolda olur" sualını isə belə cavablandırıb: "Gözüm yolda deyil. O qədər gözüm qorxub ki, ailə həyatı haqqında danışmaq istəmirəm. Hər ailədə ilk aylarda problemlər olur, bizdə də bu problemlər oldu".

Qeyd edək ki, Aysun İsmayılovanın həyat yoldaşı Eşqin Cəlilovdan boşandığı bildirilir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər