25 Noyabr 2022 12:53
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Hadisənin iş adamı Rza Zarrab ilə görüşmək üçün Amerikaya getdiyi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Rza Zərrabın Ebru Gündeşlə evli olduğu ərəfədə Hadisə ilə də münasibətdə olduğu iddia edilib.

Bir neçə gün öncə vatsap hesabından mesajları üzə çıxan Hadisə və Rza Zərrabın bu dəfə "Beyaz Maqazin" verilişində Amerikaya səfər bileti üzə çıxıb. Hadisənin 2019-cu ilin oktyabrın 29-da Böyük Britaniya hava yolları ilə İngiltərədən Mayamiyə getməsi və 2020-ci il yanvarın 20-də geri dönüş biletinin aldığı vurğulanıb.

İfaçının iki ay Rza Zərrabın qonağı olduğu iddia edilib. Hadisə isə bu iddiallara cavab verməyib.

Qeyd edək ki, Rza Zərrab ilə Ebru Gündeş 11 il evli olub. Eks-cütlüyün bir qızı var.


Müəllif: Rəqsanə Həsənova