Məşhur aparıcı Xoşqədəm Hidayətqızı iddialı açıqlama ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı İnstaqramda canlı yayım açaraq bu sözləri deyib:
"Rəşad Məmmədov (ARB-nin rəhbəri-red.) ilk gündən mənə dəstəkdir. Məni ARB kanalına gətirmək üçün iki il çalışdı. Nə yaxşı ARB kanalına gəldim. Burada sevgi, hörmət var, intriqa yoxdur. Hər kəs öz işi ilə məşğuldur. Getdiyim yerə uğur, işıq aparıram, çıxdığım yerdən isə Allah qorusun. Kanala gələndə söz vermişdim ki, bir il reytinqdə ikinci, iki ildən sonra isə birinci yer uğrunda mübarizə aparacam".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının sonuncu iş yeri Xəzər televiziyası olub.
O, ATV və Xəzər televiziyasında "Səni axtarıram" verilişinin aparıcısı olub. Hazırda isə ARB televiziyasında "Səni axtarıram" və "Günaydın Azərbaycan" verilişlərinin aparıcısıdır.