1 Aprel 2023 16:27
1 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Həyatda nə qazandımsa, kədərimdən qazandım. Mənim də alnıma bu yazı yazılıb. Allahdan gələn nə varsa qəbul etməliyik".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva Xəzər televiziyasında yayımlanan "Xəzər axşamı" verilişində deyib:

"Öz peşəmin peşəkarı olmaq üçün imtahanlardan, çox böyük iztirablardan, əzablı yollardan, acınacaqlı vəziyyətdən keçdim. Amma əzizlərimizin dünyadan köçməsi normal qəbul etməliyik. Ona görə ki, Allahın verdiyini nə vaxtsa alır. Əgər bunu yaşayırıqsa, normal qəbul etməliyik. Hər birimiz Allahın əmanətləriyik. Övlad dərdi bir ananın ürəyində heç vaxt sönməyəcək bir alovdur. Sonra yaxınlarını, doğmalarını itirmək".

Qeyd edək ki, Nazpəri böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib. Xalq artistinin yaxın günlərdə bacısı Zeynəb Dostəliyeva da dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova