Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalova Şəmkirin Şiştəpə kəndində toy mərasiminə qatılan Ebru Gündəş haqqında iddiası ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, toy məclisində yer alan Günel Zeynalova sosial media hesabında paylaşım edərək Ebru Gündeşin onu gecədən uzaqlaşdırmağa çalışdığını bildirib.
“Bilirsiniz? Yox, hamımız bilirik... Əlbəttə, ruzini verən Allahdır. Mane olanlar bu dünyada böyük cəzanı yaşamadan cənnətə, cəhənnəmə getməzlər. 25 illik sənət fəaliyyətimdə heç kimə paxıllıq etməmişəm, çörəyinə bais olmamışam, düşmənçilik belə etməmişəm. Sizdən soruşuram, həyatımdakını bilə-bilə saxlayan, bilinməsin deyə özünü saf göstərən, jurnalistlərə pul verən hələ nəyin davasını çəkirsiniz? Nə istəyirsən? Olan olub, keçən keçib. Amma sən pis qəlblisən! Sən pis insansan! Təcrübəli, illərin müğənnisinə nə oldu? Dəvət edildin? Qorxdunmu? Qorxmayın, biz qonaqpərvər xalqıq, qonaqlara pislik etmirik. Keçmiş adı üstündədir. Səndən narahat deyiləm. Sizin heyət 25-30 fərqi yoxdur, amma mənim heyətim 15 nəfərdir, onlar mənimlə çörək pulu qazanır. Dəvət olunan sənətçi gəlir, maneə olmaq isə böyük günahdır. Bu neçənci pisliyindir? Günahlarının cəzasını Allaha tapşırdım! Kim mənə nə səhv edərsə, Allaha tapşırıram. Amin! Toy mərasimi iyulun 3-də baş tutub. Narahat olub, mənimlə eyni səhnədə olmaq istəməyib. Amma birinci bəllidir, ikinci kimdir?”, - o söyləyib.
Qeyd edək ki, Günel Zeynalova iş adamı Rza Zərrab ilə 8 il sevgili olub. Rza Zərrab 2010-cu ildə Ebru Gündəşlə ailə həyatı qurub. Cütlük 2021-ci ildə boşanıb.