9 Yanvar 2015 16:55
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Cennifer Lopez keçmiş sevgilisi Kasper Smarta daha bir şans vermək qərarına gəlib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, cütlük yeni ili birlikdə Las-Veqasda qeyd ediblər. İfaçı bu şəhərdə həmçinin yeni il konserti də verib.

45 yaşlı müğənni bir müddət əvvəl mətbuata tək qala bilmədiyini bildirib:

“Mən sevgidən asılıyam. Mən həyatımda kimsə olanda rahat oluram. Bax, buna sevgidən asılılıq deyirlər. Əslində mən sadəcə, tək qalmaqdan qorxuram”.

Xatırladaq ki, cütlük ötən ilin iyul ayında ayrılmışdı.

Rüstəm


Müəllif: