Niyə insanlar yaşaya bilmədiyi həyatı yaşayanlara, geyinə bilmədikləri geyimi geyinənlərə, bacara bilmədikləri işi bacaranlara, bir də sahib olmadığı xarakterə sahib olanlara pis baxırlar?
Teleqraf.com xəbər verir ki, bu sözləri İnstaqramda hekayə bölümündə tanınmış aktrisa Nərgiz Əliyeva yazıb:
“Ara-sıra özümə sual verirəm ki, bu insanlardakı kin görəsən nədəndir? İçinizi təmiz tutun və bilin ki, dünya hər kəsə çatacaq qədərdir”.