20 Oktyabr 2023 13:48
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sevgilim vardı, ayrıldım. Həyatımda daha yaxşı insan olacaq. Məni daha yaxşı qismət gözləyir. Sevgidən qidalanıram".

Teleqraf.com xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva Arb televiziyasında şəxsi həyatından danışarkən deyib:

"Sadəcə təmiz, saf sevgi olmalıdır. Bu sevginin saf olduğunu görsəm, nəinki pulumu, var-dövlətimi, canımı belə o insana verərəm. Çünki sevgiyə ac insanam. Eqoist və özündən razıyam. Niyə də özümdən razı olmayım? Çox güclü, uğurlu, bacarıqlı insanam. Bu il özümə ağ gəlinlik geyinməyi arzu edirəm. Həyatımda ailəsini saxlayan bir insan olmalıdır. Mən onu deyil, o məni saxlamalıdır".


Müəllif: Rəqsanə Həsənova