20 Noyabr 2023 18:00
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fatimə Fətəliyeva hələ məndən üzr istəməyib. Məhkəmədə qalib gəlmişəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli Arb televiziyasında deyib:

"Hətta dua edirəm ki, Fatimə gec üzr istəsin. Onu Azərbaycan qanunları ilə bənd-bənd tanış etmək istəyirəm. Mən Fatimə ilə niyə barışım? Birdir, ikidir, üçdür... Adam nə qədər zərbə yeyər. Hər dəfə dalaşır, ağzına gələni deyir, sonra da... Axı, mən elə adam deyiləm, önümdəki insan qışqıranda həyatı boyu ona cavab vermirəm”.

Qeyd edək ki, rəqqasə ilə şair arasındakı qalmaqala Nazilə Səfərlinin sosial şəbəkədə yazdığı bu sözlər olub: “Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq".



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər