Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyevanın mərhum sənətçi Aygün Hümmətovanın (Bəylər) qızı Canana dəstək olmaq istəyi onun ailəsi tərəfindən birmənalı qarşılanmayıb.
Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva bu haqda sosial media hesabında məlumat yayıb:
"Aygün Bəylərin qızı Canan haqqında paylaşımımdan sonra izləyicim yazdı ki, onun üçün bank hesabı açaq və hər birimiz ödəniş edək. Müəyyən bir bücdə toplayaq. Canana bu qədər can yandırmağınız məni çox duyğulandırdı. Dostlarımın çoxu dedi ki, Canana dəstək olmağa hazırıq.
Mən də düşündüm ki, Canan üçün bank hesabı açarıq. Təəssüf, bankdan bildirdilər ki, yalnız valideynin icazəsi ilə bank hesabı açıla bilər. Yaxud uşaq kimin himayəsindədirsə, onlar icazə verməlidirlər. Bu da məni narahat etdi, çünki istəmirdim, o məbləğə 18 yaşına qədər kimsə toxunsun. Düşünürdüm ki, Canan o pulu təhsilinə xərcləsin, hansısa arzusunu yerinə yerirsin.
Amma Cananın xalası anama zəng edib və bildirib ki, onun bundan sonra yaşaması üçün 60 il də büdcəsi var. Təki olsun və ümid edirəm ki, o uşaq çox yaxşı böyüyəcək. Amma Canana demək istəyirəm ki, mən həmişə səninləyəm".