Teleqraf.com-un məlumatına görə, tanınmış müğənni Ramal Əsədzadə və Səidə Dadaşova ilə birgə duet yazdırıblar. Belə ki, cütlük müsiqisi və sözləri Ramal Əsədzadəyə oranjimani isə Rabil Səfərliyə məxsus olan “Qayıtsın zaman” mahnısını yeni oranjmanda və yeni tərzdə ifa ediblər.
Layihə haqqında açıqlama verən Ramal Əsədzadə bildirib ki, əslində bu layihəni yay fəslində həyata keçirməyi planlaşdırmışdıq. Qismət bu günə imiş: ”Səidənin səsini, sənətini çox bəyənirəm. Ən əsasıda insani keyfiyyətlərini bəyəndiyim üçün bu təşəbbüsü göstərdim. Ümumilikdə isə bu layihənin rəhbəri Səidənin produsseri olan bəstəkar-oranjimançi Arzu Abbasovadır.
Mahnının səs rejissoruda məhz Arzu xanımdır. Onu da deyim ki, bu yaxınlarda Səidəylə birgə yeni fotosesyamiz və duetmizə klip çəkdirəcik. Mahnı efirdə səslənən gündən etibarən tamaşaçıların rəğbətini qazanıb”.