23 Yanvar 13:48
2 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Vəfa Şərifova "Xəbərin var?" verilişində həmkarı Şəbnəm Tovuzlunun ona ünvanladığı sözlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, Vəfa Şərifova bunları deyib: “Bilmirəm, bu sözləri Şəbnəm mənə deyib, yoxsa kimə... Mən hədiyyələrimdən çox məmnunam. Hər qadın arzu edər ki, belə bahalı hədiyyələr alsın. Bir bəydən hədiyyə almayan qadın, məncə, dəyərini ölçməlidir. Bəzi xanımlarla qarşılaşıram, iki-üç il sevgilidir, adamın 10 evi var, amma qadın kirayədə yaşayır. Burada hansı sevgidən söhbət gedə bilər?! Bəzən sevgini maddiyyatla ölçmək lazımdır.

İnsan üçün ən dəyərli olanı onun zamanıdır. O zamanı da pul üçün xərcləyirsən. Pul insanda xoşbəxtlik hormonunu oyadır. Pul hörmətsizi hörmətli, dəyərsizi dəyərli edir. Pul çox vacibdir".

Qeyd edək ki, Vəfa Şərifova yaxın günlərdə həyat yoldaşı, iş adamı Famil Xəlilovun onunla barışmaq üçün “Ağ şəhər”də mənzil bağışladığını vurğulamışdı. Müğənni Şəbnəm Tovuzlu isə ad çəkməyərək küsülü həmkarı haqqında "Gözütox xanımam. Bahalı hədiyyələrlə baş aldada biləcək biri deyiləm. Sevən kişi hədiyyə ilə qadının önündə özünü bağışlatmaz", - söyləmişdi.

İfaçının sözləri küsülü həmkarı Vəfa Şərifovaya ünvanlandığı iddia edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər