9 Fevral 14:38
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova ATV kanalında yayımlanan “Rəngarəng” verilişində açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Flora Kərimova həmkarı Niyaməddin Musayev haqqında bu sözləri deyib: “Onunla görüşəndə dedi ki, Flora xanım, çox sağ olun, tərəfimə danışdınız. Niyaməddin Musayev o qədər şirin və saf adamdır ki, yarım saatdır bu adamı tərifləyirəm, yalnız saf sözünü yadında saxlayıb. Mənə deyir ki, Flora xanım çox sağ olun, məni yaxşı təriflədiniz. Öpürəm Niyaməddin… Yaxın günlərdə məni Niyaməddin müəllimlə elə “vedrə”lədilər ki, yazıq indiyə qədər özünə gələ bilmir”.

Flora Kərimova müğənni Nadir Qafarzadə haqqında da maraqlı açıqlama verib: “Nadir Qafarzadənin səsini, ifasını çox sevirəm, amma iki-üç dəfə ayağıma basdı. Ömründə ona "Allah rəhmət etsin" deməmişəm, indi məcburam deyirəm. İlhamə Quliyeva ilə heç vaxt sözümüz düz gəlmirdi. Ondan çox çəkmişəm, amma mənə gücü çatmayıb. İndi bir söz deyim, düşmənlərim deyəndə ki, köçənin dalınca danışmazlar. Mən savadlı bir insan kimi deyirəm, hər köçənin arxsınca danışmazlar, həqiqətdən başqa...İlhamə Quliyeva həyat yoldaşım, qızımın atası rəhmətə gedəndə mənə başsağlığı verənləri evimdən qovurdu. Bunu yadımdan çıxara bilərəm?!İlhamə Quliyeva gözəl müğənnidir, gözəl oxuyur. Ancaq xaraktercə pislik edən bir insandır. Mənim qızım, oğlum, ailəm haqqında sözlər danışıb. Şişdim, sonunda partladım. Heç bir sənətkar heç kimin yerini tutmur. Bizi fərqləndirən nüfuzumuzdur. Həyatım haqqında nələr dedi, nələr yapışdırdı. Ona övladlarıma görə dözürdüm. Sonra üstünə getdim, hərdən deyirlər ki İlhamənin ölmüş günləridir… O, heç sağ olanda da öhdəmdən gələ bilmirdi. Heç vaxt heç kimin qarsışından qaçmamışam. Xəstə halıya sədrlərin yanına gedirdi ki, Flora Kərimovanı efirə çıxarmayın”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər