29 Mart 13:27
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan bir müddət əvvəl qalmaqal yaşadığı həmkarı Elnarə Xəlilova ilə bağlı paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan şəxsi İnstaqram hesabında bu sözləri yazıb: "Əcəb edib. Şərh yazıb fikrimi bildirdim. Əcəb edib, dəli adamdır, ürəyi nə istəyir, onu da edir. Kef elə, "aşqım".

Qeyd edək ki, Röya Ayxan bir müddət əvvəl ad çəkmədən Elnarə Xəlilovanın ünvanına bu sözləri deyib: "Biri var ancaq mənimlə bağlı paylaşımlar edir. Elə bilir, kimisə öyrətmişəm ki, efirdə onun haqda danışsın. O qədər ağılsızlıqdır ki. O adamı öyrədərəm ki, çıxıb məni tərifləsin. Səndən niyə danışsın? Mən belə iş görərəm? Sənə özümü təriflətdirərəm? Niyə deyim ki, çıx get filankəsə belə sözlər de, dəli olsun. Niyə? Mən aslanam. Aslan heç vaxt kənardan pişik kimi gəzməz. Heç vaxt çoxdan tanıyıb sevdiklərimlə də işim olmaz".


Müəllif: Rəqsanə Həsənova