Bəstəkar-müğənni Murad Arif etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Murad Arif "Həyat Yoldaşımsan" mahnısını həyat yoldaşına həsr etdiyini deyib:
"Şəxsi həyatımı hər zaman gizlin saxlayıram. Evdə, ailə ilə çəkilişlərdən, müsahibələrdən, verilişlərdən uzağam. Nəğmələrim əslində mənim şəxsi həyatımdır. Mənim hekayəmin görünməz qəhrəmanı var. Səhnədə enerjili, gülərüz, xoşbəxt görünürüksə, evə yorğun, qayğılı, bəzən pis ovqatda dönürük. O zaman bu mübarizəni, bu qayğıları mənimlə paylaşan odur. Onun üçün yazılır, bütün nəğmələrim. Çox danışmayacam. Həyatımın xanımı üçün səslənir "Həyat yoldaşımsan".