"Ağsaqqal" obrazı ilə ölkədə məşhurlaşan aktyor Azər Baxşəliyev "Qapqara" verilişində donor axtardığını bildirib.
Teleqraf.com xəbər verir ki, Azər Baxşəliyev böyrək çatışmazlığından əziyyət çəkdiyini deyib.
"2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. O, donor oldu və böyrəyinin birini mənə verdi. Artıq üzərindən dörd il keçib. Yenə də böyrək problemim var. Hazırda donor axtarışındayam. Yaxın aylarda əməliyyat olunacam. Mənə ikinci dəfə böyrək köçürüləcək", - Azər Baxşəliyev qeyd edib.