2 İyul 16:43
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səidə Dadaşova "Xəbərin var?" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, müğənni geyiminə görə verilişlərin birinə buraxılmadığını deyib:

"Məni paltarıma, aksessuarıma görə efirə buraxmadılar. Dedilər ki, paltarın demodedir, dəbdən düşmüşdür. Halbuki 30 ildir bu sənətdə fəaliyyət göstərirəm. Mən açıq-saçıq geyinsəm, daha gözəl görünərmişəm. Bunu kamera arxasındakı, özünə dırnaqarası stilist deyən biri dedi. Efirə çıxmadım, icazə vermədilər.

Aksessuarı çıxardım, şəkil də çəkdilər. Gəlirəm ki, mikrofonu götürüm, deyirlər, gözləyin, hələ stilist icazə verməyib. Məni orada saxlamaq olar?! Aparıcı da pis oldu".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər