4 Aprel 2015 10:22
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya Kinosu Festivalı - Azərbaycan tamaşaçısına Britaniya kinematoqrafiyasının ən yaxşı filmlərini nümayiş etdirmək kimi əhəmiyyətli məsələni öz qarşısına qoyan kinofilmlər aləmində ən mühüm hadisələrdən biridir.

Teleqraf.com xəbər verir ki, aprel ayının 8-dən 12-dək "28 Cinema" kinoteatrında "British Film Spring" (Bahar Mövsümünün Britaniya Kinofilmləri) adı altında İkinci Britaniya Kinosu Festivalı keçiriləcək. Tədbirin təşkilatçıları "British Council" (Britaniya Tədris Şurası), Böyük Britaniya səfirliyi, UNICEF, "28 Cinema" və PWC şirkətidir.

Sözügedən festival sağlamlıq imkanları məhdud uşaqlarla işə həsr edilmişdir. Bütöv bir ay ərzində xarici məşqçilər tərəfindən uşaqlarla böyük işlər görülmüşdür və festivalda uşaqların bacarıqlarını və uğurlarını nümayiş etdirən qısa video çarx göstəriləcək. Tədbirin açılışı "Mr Turner" filmi ilə başlayacaq. Filmin süjeti unikal Britaniya rəssamı Uilyam Ternerin həyat tarixçəsindən və yaradıcılığından bəhs edir. Həmçinin, tamaşaçılara "Yamsılama oyunu" (The Immitation Game), "Paddinqtonun macəraları" (Paddington), "Qoyuncığaz Şon" (Shaun The Sheep), "Rinq" (The Ring), "Qürür" (Pride) filmləri nümayiş etdiriləcək. Filmlər ingilis dilində göstəriləcək.

Biletlərin qiyməti 2D filmlər üçün 2 AZN, 3D filmlər üçün isə 3 AZN təşkil edir. Biletlər artıq satışdadır. Daha ətraflı məlumatı 28cinema.az internet səhifəsindən əldə edə bilərsiniz. "British Council"ın mətbuat xidməti 8-12 aprel tarixlərində Bakıda I Britaniya kino festivalının keçiriləcəyi barədə məlumat yaymışdır.

Rüstəm


Müəllif: