9 Aprel 2015 15:34
450

Bu gün mərhum aktyor, rejissor Ceyhun Mirzəyevin ad günüdür.

Teleqraf.com xəbər verir ki,o, 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi.

12 yaşında o, "Ögey ana" ekran işində rol alıb. C.Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb.

"Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib və bədii rəhbəri olub. "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.

Ceyhun Mirzəyevin son filmi "Fəryad" olub. O, 1993-cü ildə vəfat edib.

Cari mövsümdə 28 matçda meydana çıxan Koutinyonun aktivində 4 qol, 4 məhsuldar ötürmə var.

Bu gün Ceyhun Mirzəyevin ad günüdür

Rüstəm

Müəllif:
Загрузка...