6 May 2015 13:47
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı, şoumen Murad Arif müəllifi olduğu daha bir mahnını təqdim edib. “İnşallah” adlanan mahnının söz və musiqisi Murad Arifə, aranjemanı isə Rəşad Bağırova məxsusdur.

R.Bağırov Teleqraf.com-a açıqlamasında mahnının artıq ajiotaj yaratdığını bildirib: “Bu iki gündə yüzlərlə mesaj almışam. Hər kəs mahnını əldə etmək istəyir. Əslində tamamilə başqa mahnı təqdim etmək fikrindəydim. Amma bu mahnını aranjeman edən kimi saxlaya bilmədim. Əsl isti yay havalarının çoşqulu mahnısıdır. Yüksək səslə dinləyin. Əminəm, bəyənəcəksiniz”.

Murad Arif isə mahnısı ilə bağlı maraqlı bir məqamı da açıqlayıbı: “Aranjemanda Maykl Jekson, Madonna və Nura Surinin səslərindən istifadə etmişəm. Mahnının mövzusu, ritmi məcbur edir ki, maraqlı elementlər əlavə edim. Əminəm ki, hər dəfə dinlədikcə dinləyicilər yeni səslər eşidəcək. Bu mahnı ilə düşmən bağrı çatladacağam”.

M. Arif yeni mahnısına klip çəkdirməyi də düşünür. Çox güman ki, klipə rejissor Fərhad Əli quruluş verəcək. Xatırladaq ki, F. Əli onun hitə çevrilən “Həyat yoldaşımsan” mahnısına çəkilən klipin rejissorudur.


Müəllif:

Oxşar xəbərlər