Bakıda İtaliya ulduzu İnqrid (In-Grid) Alberini və istedadlı Azərbaycan müğənnisi, məşhur Ukrayna şousu “Ölkənin səsi-4” ("Голос країни" – məşhur "TheVoice" şousunun analoqu) iştirakçısı Vaqif Nağıyevin dueti olan “Ümid yağışı” mahnısına klip çəkilişləri gedir.
ANS PRESS-in məlumatına görə, “Ümid yağışı” mahnısının sözləri Azərbaycanın əməkdar incəsənət xadimi Gövhər Həsənzadəyə, musiqisi Alxanlıya, aranjımanı Yaşar Baxışa aiddir. Klipin çəkilişləri Azərbaycan və xarıci mütəxəssislər tərəfindən həyata keçirilir.
Dünən İnqrid Alberini, Gövhər Həsənzadə, Vagif Nağıyev və yaradıcı qrupun digər üzvləri Bakıdakı dəhşətli yanğının nəticəsində həyatlarını itirmiş insanların xatirəsini yad edərək faciə yerini ziyarət etmişlər. Faciənin baş verməsindən sarsılmış İnqrid həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına baş sağlığı verib və yaralılara tezliklə sağalmalarını diləyib. İnqrid həm də qeyd edib ki, yaradıcı heyət klipi yanğın nəticəsində zərər çəkmiş insanlara həsr edir.
Qeyd edək ki, 19 may tarixində Bakının Binəqədi rayonunda baş vermiş yanğın zamanı 15 nəfər həlak olub, 56 nəfər yaralanıb.