26 May 2015 16:39
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı 2015"in 12 iyuda baş tutacaq açılış mərasimində ifası ilə bütün dünyanın sevgisini qazanmış, dünyanın ən güclü səslərindən biri Adel Azərbaycana gəlir.

ANS PRESS-in məlumatına görə, britaniyalı müğənni I Avropa Oyunlarının açılış mərasiminin iştirakçıları qarşısında konsert proqramı ilə çıxış edəcək.

Əldə etdiyimiz məlumata görə, açılış mərasimində ilk musiqi nömrəsini "Natiq Ritm qrupu" təqdim edəcək. Səhnəyə çıxacaq digər sənətçilərin kimliyi açıqlanmır.

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının Təşkilat Komitəsi sürprizləri pozmamaq üçün açılış mərasimində baş tutacaq konsert proqramının detallarını açıqlamaqdan imtina edir.

Bakı-2015-in mərasimlər üzrə direktoru xanım Katerin Uqvunun sözlərinə görə, Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın tarixi boyu ərsəyə gətirdiyi ən böyük canlı şouda 6 min könüllü iştirak edəcək: “Açılış mərasimində Azərbaycan incəsənətinin, mədəniyyətinin və nailiyyətlərinin ən böyük uğurları nümayiş etdiriləcək və idmançılar Bakıda salamlanacaq. Bu qədər həvəsli iştirakçını bir arada görmək mükəmməl bir hissdi və əminəm ki, gələn dinləmələrdə daha çox sayda iştirakçını görəcəyik”.

“Bakı-2015”in açılış və bağlanış mərasimini hazırlayan “FiveCurrents” şirkətinin baş prodüseri Tom Bisinyano Avropa Oyunlarının 2015-ci ilin ən möhtəşəm tədbiri olacağını deyib və ölkə gənclərini bu yarışın bir hissəsi olmağa dəvət edib.

Açılış mərasimi 12 iyun tarixində Milli Olimpiya Stadionunda baş tutacaq. Mərasim "Afina 2004" Olimpiya Oyunları Mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf və aktyor Dimitris Papaioannounun rəhbərliyi altına həyata keçəcək.

Açılış və Bağlanış Mərasimlərinin təşkili üçün ABŞ-ın "FiveCurrents" şirkəti ilə müqavilə bağlanıb. Bağlanış mərasimi 28 iyun tarixində Olimpiya Stadionunda həyata keçiriləcək.

27 yaşlı britaniyalı müğənni və söz yazarı Birləşmiş Krallıqda 4 dəfə platin ödülü alıb. Böyük Britaniya ilə yanaşı Amerika Birləşmiş Ştatlarında, eləcə də bütün dünyada sevilən Adel yaşının azlığına baxmayaraq dəfələrlə "Gremmi" mükafatına layiq görülüb. Adel 2012-ci ildə nüfuzlu “Billboard music awards” mükafatlarının təqdimat mərasimində 18 mükafatdan 12-ni alıb.

21 adlı albomu ilə Ginnesin Rekordlar Kitabına düşüb. İngiltərdə bir il içində üç milyondan çox tirajla albomu satılan yeganə qadın sənətçidir.



2014-cü ildə "Make You Feel My Love” adlı mahnısı "Spotify" tərəfindən ən mükəmməl sevgi mahnısı olaraq açıqlandı.


Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ yeni çoxsaylı idman növləri üzrə yarışlar olmaqla yanaşı kontinentdə ilk Avropa Oyunları olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 19 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.


Müəllif: