Bu gün əməkdar artist Elza Seyidcahanın qızı Gülşənin toyudur. Bu haqda Teleqraf.com-a danışan əməkdar artist çox həyəcanlı olduğunu bildirdi:
“Qızımın toyuna Amerikadan müğənni gəlib. Həyəcandan səsi də batıb, amma xahiş edəcəm bir mahnı oxusun. Amerikadan Moskvaya, oradan da Bakıya gəldiyinə görə paltarları Moskvada baqajda qalıb. Ona görə də toyda mənim paltarlarımı və ayaqqabımı geyinəcək. Çünki mağazalara getməyə vaxtı yoxdur. Prestjli müğənnidir və mahnını qızıma hədiyyə edəcək".
Elza Seyidcahan Amerikadan gələn müğənninin kim olduğunu deməsə də, zarafatından da qalmadı: "Hədiyyə mənə baha başa gəldi, paltarımı geyindi”.
Rəqsanə Həsənova