Gülyanaq Məmmədova mətbuatda “qulaqlarının böyüklüyü” haqqında yayılan xəbərə reaksiya verib.
O, Teleqraf.com-a bildirib ki, bu fikirləri jurnalistlər yayıb və onun qulaqları böyük deyil: “Allah hər şeyin - gözün, qaşın gözəlini mənə verib. Mən orada demişəm ki, Allaha şükür, mənə nə olub ki, qulağımı əməliyyat etdirim. Sadəcə yazı oxunsun deyə elə başlıq qoyublar. Elə olmaz axı. Qulağım böyük deyil və çirkinlik də gətirmir. Saçımı rahat yığıram və qulağımın böyüklüyü yoxdur. Heç yerimdən şikayətçi deyiləm. Əksinə əməliyyat etdirənləri, dodaqlarını şişirdənləri qınayıram ki, niyə elə edirsiniz? Düzdür, burun əməliyyatına pis baxmıram. Çünki hər şeyin gözəli qadına yaraşır. Burundakı problemi gizlətmək olmur. Qulaq çox da görünmür və onu əməliyyat etdirmək vacib deyil. Qulağıma gəlincə, əməliyyat etdirməyə ehtiyac duymuram. Nəyə görə özümü bıçaq altına salım ki? Allah mənə bu qədər tamaşaçı sevgisi, səs verib. Gözəl ailəm, övladlarım var. Vücumda isə şikayət edəcək bir şey yoxdur. Heç kimə də məsləhət görmərəm ki, cüzi problemdən ötrü əməliyyat etdirsinlər. Bundan sonra saçımı yığıb çıxacam ki, qulaqlarımın böyük olmadığını görsünlər. Son vaxtlar insanlarda yazmağa, danışmağa qüsur axtarıralar”.
Rəqsanə Həsənova