31 Avqust 2015 15:39
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova səhhəti haqqında yayılan xəbərlərə münasibət bildirib.

Hazırda xəstəxanada müalicə olunduğu bildirilən xalq artisti Teleqraf.com-a yayılan xəbərlərin əsassız olduğunu qeyd edib: “Səhhətimdə ciddi narahatlıq yoxdur. Bəstəkar Sevinc Tofiqqızı mükafata layiq görülüb və hazırda həmin tədbirdə iştirak edirəm. Qabırğası sınan festivala gələ bilər? Heç nə yoxdur, hər şey yaxşıdır. Qabırğama görə, həkimə müraciət etməmişəm. Bilirəm, niyə belə xəbərlər yayılıb. Festivala gələndə hər iki qolumdan tutmuşdular, bəlkə də xəbər bundan qaynaqlanıb. Səhhətim qaydasındadır demirəm. Amma ciddi bir şey də yoxdur. Həkimə müraciət etməmişəm və qabırğam da o dərəcədə ağrımır”.

Qeyd edək ki, mətbuatda Flora Kərimovanın qabırğasının sındığı xəbərləri yayılıb.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər