Əməkdar artist Elza Seyidcahanın millət vəkilliyinə namizədliyi qeydə alınmayıb. Bu barədə 54 saylı Şabran Siyəzən Dairə Seçki Komissiyasının sədri Saleh Təhməzov bildirib.
Bu məsələyə münasibət bildirən xalq artisti İlhamə Quliyeva Teleqraf.com-a açıqlamasında bildirdi ki, Elza Seyidcahan namizədliyi qeydə alınmayıbsa, gələn il yenidən millət vəkilliyinə namizədliyini təqdim edər: “Canı sağ olsun, namizədliyi qeydə alımayıbsa, gələn dəfə yenidən namizədliyini verər”.
Namizədliyinin qeyd alınmamasına münasibət öyrənmək üçün əməkdar artist Elza Seyidcahan ilə əlaqə saxlasaq da, zəngimizə cavab vermədi.
Rəqsanə