ABŞ-ın dünyaca Playboy jurnalı daha erotik şəkillər dərc etməyəcək.
ANS PRESS-in məlumatına görə, məşhur jurnal formatını dəyişib və açıq-saçıq qadınların şəkillərinin yayımından imtina edib. 1953-ci ildə yaranan jurnalın rəhbərliyi internetin inkişafının sürətlə artması və jurnalın gəlirlərinin azalması səbəbindən bu qərara gəlib.
İcraçı direktor Skot Flanders The New York Times qəzətinə formatın dəyişilməsini bu cür izah edib: “Savaş başlayıb və onun qalibi məlumdur. Dünya bu dəqiqə kompüterinin "siçanını" tərpətməklə ürəyi istədiyi, pulsuz bütün seksual şəkilləri və videoları görə bilər”.
Bu qərarın 1 ay əvvəl jurnalın yaradıçısı 89 yaşlı Hyu Hefner tərəfindən qəbul olunduğu iddia olunur. Məlumata görə jurnalın yaş həddi 18+dan 13-ə düşəcək. Yeni formatda "ayın, ilin, ən yaxşı qızı" rubrikaları, müsahibələr olacaq lakin qızların şəkilləri açıq-saçıq olmayacaq.
Əgər 1970-cı illərdə jurnalın tirajı 5.6 milyon təşkil edirdisə, indi bu göstərici 800 minə düşüb. Bunnan əlavə əvvəllər jurnalın əsas auditoriyasını 47 yaşlı kişilər təşkil edirdisə, indi auditoriyanın ortalama yaşı 30-a enib. Jurnalın auditoriyası ən çox böyük şəhərlərdə yaşayan cavan kişilərdi.
Hyu Hefner - "Playboy" jurnalının yaradıçısı
"Playboy" jurnalınına çəkilən xanımlar və Hyu Hefner
"Playboy" jurnalına müsahibə verənlər arasında ABŞ-ın 39-cu prezidenti Cimmi Karter, Afro-amerikalıların vətəndaş hüquqları uğrunda mübarizə aparan əfsanəvi Martin Lüter Kinq, amerikalı siyasi xadim və qaradərililərin hüquqlarının müdafiəçisi Martin İks kimi məşhurlar olub.