13 Dekabr 2015 14:27
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən həyatımı tamamilə sənətə bağlamışam.


Bu sözləri müğənni Çingiz Mustafayev yeni planları haqda Axar.az-a danışarkən deyib. Müğənni onu bu həyatda yalnız sənətin maraqlandırdığını bildirib:

“Mənim üçün bu həyatda bircə yol var - sənət. Məndən nə biznesmen, nə də başqa bir ixtisas sahibi çıxar. Əslində, keyfiyyətli alış-veriş etməyi bacarıram. Hətta 2 manatlıq paltar belə geyinə bilərəm. Ümumiyyətlə, mənim üçün geyim seçimi yoxdur, zövq seçimi var. Bu da musiqiçi olmağımdan irəli gəlir. Yeri gəlmişkən, yaxında dinləyicilərə bir süprizim var. Hələlik bu haqda danışmaq istəmirəm. Amma bircə onu qeyd edim ki, yeni və çox maraqlı bəstələrə hazır olsunlar”.


Müəllif:

Oxşar xəbərlər